...

Bakının avtomobil bazarının üçdə birini "Mercedes-Benz" markalı maşınlar təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2010 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Ü.İsmayılova/

Mayda Bakının avtomobil bazarında bu fəsil üçün xarakter olmayan passivlik müşahidə olunub. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin cümə günü yayılan məlumatında deyilir.

"Bakının avtomobil bazarında son 4 ay ərzində müşahidə olunan passiv tendensiyanın artması təklifin artımı hesabına daha da dərinləşərək bağlanan əqdlərin dinamikasına və qiymətlərinə mənfi təsir göstərib", - məlumatda deyilir.

Mayda təkrar avtomobil bazarında təklifin azalması müşahidə olunub. Lakin təklifin tələbi üstələmə tendensiyası davam edib. Satış mərkəzlərinə müraciət edənlərin sayının azalması bağlanan əqdlərin dinamikasının azalmasına (-1.8%) təsir göstərib.

Mayda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalaraq 15 380 dollar təşkil edib.

Bazarda müşahidə olunan passivlik may ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artmasına, eyni zamanda, əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar, əmlak növü kimi avtomobilə olan marağın azalması səbəb olub, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Avtomobillərin likvidlik əmsalı son üç illə müqayisədə ən aşağı həddə düşüb.

Avtomobil bazarında araşdırma predmeti olan 7000-dən artıq avtomobilin 36,1%-i bazara məhz mayda təklif olunub. Qalan 63,9% isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki iki ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası mayda bir qədər stabilləşib.

Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payı əvvəlki ayla müqayisədə 0,4% artıb. Bu markanın ümumi portfeldə payı 38,96%-dir.

Xəbər lenti

Xəbər lenti