...

"Hilton Baku" oteli 2011-ci ildə istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 19:41 (UTC +04:00)
Bakının Azadlıq prospektində tikilən ("Azərbaycan" mehmanxanasının yerində) "Hilton Baku" oteli 2011-ci ilin avqustunda istismara veriləcək.
"Hilton Baku" oteli 2011-ci ildə istismara veriləcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Ü.İsmayılova/

Bakının Azadlıq prospektində tikilən ("Azərbaycan" mehmanxanasının yerində) "Hilton Baku" oteli 2011-ci ilin avqustunda istismara veriləcək. Bu barədə "Əmlak Bazarı İştirakçılar" İctimai Birliyinin "Əmlak bazarı" jurnalında dərc edilən məlumatda bildirilir.

Tikinti işləri "ISR Capital Investments" şirkəti tərəfindən aparılır.

Beşulduzlu "Hilton Baku" otelinin ərazisi 42 160 kvadratmetrdir. Otel 25 mərtəbəli olmaqla 308 otaqdan ibarət olacaq. Oteldə 550 maşınlıq bağlı avtopark, panoramalı liftlər, müxtəlif restoranlar, konsert və sərgi salonları, 670 kvadratmetrdə yerləşəcək sağlamlıq mərkəzi, idman və fitnes mərkəzləri və üzgüçülük hovuzları olacaq.

Otelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakının panoramasını əhatə edən bar yerləşəcək.

Xəbər lenti

Xəbər lenti