...

Bakıda Qafqazda ən böyük Olimpiya stadionu tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 14:23 (UTC +04:00)
Böyükşor gölü yaxınlığında yerləşəcək 65 000 tutumlu Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadion olacaq. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Əmlak bazarı" jurnalında dərc edilən məlumatında deyilir.
Bakıda Qafqazda ən böyük Olimpiya stadionu tikilir

Azərbaycan, Bakı, 2 iyul /Trend, Ü.İsmayılova/

Böyükşor gölü yaxınlığında yerləşəcək 65 000 tutumlu Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadion olacaq. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Əmlak bazarı" jurnalında dərc edilən məlumatında deyilir.

Stadionun ümumi ərazisi 32 hektar olacaq və onun örtülü hissəsi 300 min kvadrat-metr ərazidə yerləşəcək.

Tikintinin layihəsi Türkiyənin TOCA şirkəti tərəfindən hazırlanıb və o, tikinti işlərinin gedişinə də nəzarət edəcək.

Hazırda Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumluluğu olan Tofiq Bəhramov adına stadiondur.

Olimpiya stadionu əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikiləcək. ARDNŞ neft məhsulları ilə çirkləndirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə orada bəzi obyektlərin inşasını planlaşdırıb.

ARDNŞ neft məhsulları ilə çirkləndirilən ərazilərin təmizlənməsinə 2006-cı ildə başlayıb. Bu günədək 300 hektar belə torpaq sahələri təmizlənib və bu ərazilərin yaşıllaşdırılması aparılıb.

Xəbər lenti

Xəbər lenti