...

Azərbaycan Hesablama Palatası Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 15:59 (UTC +04:00)
Azərbaycan Hesablama Palatasının cümə axşamı keçirilən növbəti Kollegiya iclası zamanı dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərcləri müzakirə edilib.
Azərbaycan Hesablama Palatası Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar edib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Hesablama Palatasının cümə axşamı keçirilən növbəti Kollegiya iclası zamanı dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərcləri müzakirə edilib. Bu barədə palatanın cümə günü yayılan məlumatında deyilir.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində aparılan yoxlama zamanı bir sıra ciddi maliyyə pozuntuları aşkarlanıb. Bu barədə materiallar Kollegiyanın qərarı ilə Baş Prokurorluğa göndərilib. Bu məlumatın ölkə parlamentinə və müvafiq icra hakimiyyəti orqanlarına da verilməsi barədə qərar qəbul edilib.

Kollegiyanın iclası zamanı yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitinin proqnozlaşdırılması və icrasının auditi üzrə Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə dövlət büdcəsinin yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditinə dair hesabat və rəy müzakirə olunaraq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti