...

Azərbaycan dəmir yollarının inkişafının yeni proqramı kommersiya fəaliyyəti üçün geniş imkanlar yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 15:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunan 2010-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramının əsas məqsədləri islahatların davam etdirilməsi və dəmir yollarının kommersiya fəaliyyəti üçün geniş imkanlar yaratmaq üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dəmiryol infrasktrukturunun və dəmiryol parkının müasir tələblərə uyğun yenilənməsi üzrə tədbirlərin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra həcmi artacaq yüklərin nəqlinin təmin olunmasıdır.
Azərbaycan dəmir yollarının inkişafının yeni proqramı kommersiya fəaliyyəti üçün geniş imkanlar yaradacaq

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunan 2010-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramının əsas məqsədləri islahatların davam etdirilməsi və dəmir yollarının kommersiya fəaliyyəti üçün geniş imkanlar yaratmaq üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dəmiryol infrasktrukturunun və dəmiryol parkının müasir tələblərə uyğun yenilənməsi üzrə tədbirlərin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra həcmi artacaq yüklərin nəqlinin təmin olunmasıdır.

Eləcə də proqramın məqsədi yük və sərnişin daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin olunması, nəqliyyat infrastrukturunda elmi-texniki nailiyyətlərin və qabaqcıl texnologiyaların tətbiqi, sərnişin daşımalarının keyfiyyətinin artırılması strategiyasının müəyyən edilməsi və reallaşdırılması, onların gəlirliliyinin artırılması, sabit cərəyanda işləyən yolların şimal hissəsinin bərpası, qərb istiqamətində sabit cərəyan sistemlərinin dəyişən cərəyana dəyişdirilməsi və müvafiq lokomotivlərin alınması, dizel lokomotivlərinin alınması, BakıBiləcəri dəmiryol xəstəxanaları istisna olmaqla, əlavə xidmətlərin ayrılması, kadrların hazırlanması və onların sosial təminarı da daxildir.

Proqramım "Azərbaycan Dəmir Yolları" QSC-nin öz vəsaitləri, daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar, qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri hesabına maliyyələşdiriləcəyi ehtimal olunur.

Həmçinin, proqrama görə, 2010-2011-ci illərdə Azərbaycanın dəmir yollarında institusional islahatların keçirilməsi, yük və sərnişin daşımaları qaydalarının hazırlanması və təsdiqlənməsi, dəmiryol nəqliyyat vasitələrindən istifadə, hərəkətin təhlükəsizliyi, dəmiryol nəqliyyatı haqda qanunun hazırlanması da nəzərdə tutulub.

Hərəkətin sürətinin və təhlükəsizliyin təmin olunması üçün 317 kilometrlik əsas dəmir yollarında  təmir aparılması planlaşdırılıb. Yolların bəzi hissələrində körpü və digər infrastrukturların inşası nəzərdə tutulub.

Dəmiryol parkının modernləşdirilməsi çərçivəsində sabit cərəyanda işləyən 50 yeni elektrovozun alınması və 28 lokomotivin modernləşdirilməsi və ehtiyat hissələrinin alınması, Biləcəri lokomotiv deposunda əsaslı təmir bazasının yaradılması ehtimal olunur.

Neft və neft məhsullarının nəqli çərçivəsində 300 yeni sisternin, quru yüklər üçün vaqonların, ehtiyat hissələrinin alınması və Ələtdəki vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidənqurulması nəzərdə tutulub.

Sərnişinlərin daşınması üçün 25 yeni vaqon alınacaq, təmir və ehtiyat hissələrinin alınması həyata keçiriləcək, eləcə də Bakı vaqon təmiri deposunda vaqonların əsaslı təmiri bazası yaradılacaq.

Siqnalizasiya və rabitə sistemlərinin yaxşılaşdırılması məqsədilə Yalama-Biləcəri, Horadiz-İmişli-Bakı, Osmanlı-Astara optik-lif xətti çəkiləcək, Azərbaycanın dəmir yollarının yük və sərnişin daşımalarının avtomatik idarəolunma sistemi yaradılacaq və digər işlər yerinə yetiriləcək.

Enerji təminatı sisteminin təkmilləşdirilməsi üçün Bakı-Böyükkəsik istiqamətində dəmir yolunun 27,5 kilovoltluq dəyişən cərəyan sisteminə keçidi təmin olunacaq.

Eləcə də proqram maddi-texniki bazanın yaradılmasını, "Qəza-bərpa qatarları"nın maşın və mexanizmlərlə təmin olunmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti