...

Azərbaycana idxal olunan avtomobil vasitələrinin "Avro-2" standartına uyğunluğu üzrə müvəqqəti şərtlər tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 13:03 (UTC +04:00)
Sentyabrın 1-dən etibarən qəbul olunan "Avro-2" ekoloji standartlarına uyğun olaraq, Azərbaycana idxal olunan və istismara verilə bütün avtomobillər Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin verdiyi akkreditə əsasında işləyən laboratoriyalarda baxışdan keçəcək. Bu barədə cümə axşamı komitədən bildiriblər. Standartlar Azərbaycanda cari il iyulun 1-dən etibarən tətbiq olunmağa başlayıb.
Azərbaycana idxal olunan avtomobil vasitələrinin "Avro-2" standartına uyğunluğu üzrə müvəqqəti şərtlər tətbiq edilib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 1-dən etibarən qəbul olunan "Avro-2" ekoloji standartlarına uyğun olaraq, Azərbaycana idxal olunan və istismara verilə bütün avtomobillər Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin verdiyi akkreditə əsasında işləyən laboratoriyalarda baxışdan keçəcək. Bu barədə cümə axşamı komitədən bildiriblər. Standartlar Azərbaycanda cari il iyulun 1-dən etibarən tətbiq olunmağa başlayıb.

Qeyd edildiyinə görə, yoxlama ilə həm dövlət, həm də komitənin akkreditəsini alan özəl laboratoriyalar məşğul ola bilərlər.

"Sentyabrın 1-dək əvvəllər Azərbaycandan xaricdə istismar edilən və ölkəyə idxal olunan avtomobil vasitələrinin yoxlanılması AZS 447-2010 standartına əlavə qismində təsdiq olunan cədvəlin tələblərinə uyğun həyata keçiriləcək", - komitədən belə deyiblər.

"Akkreditənin verilməsi xeyli vaxt apardığına görə, sentyabrın 1-dək müvəqqəti olaraq bu proses cədvəldə göstərilən göstəricilər əsasında tənzimlənəcək", - komitədən qeyd ediblər.

Xaricdən idxal olunan avtomobillərin istismara verilməsi prosesinə uyğun məlumat göstəriciləri aşağıdakı cədvəldə qeyd olunub:

Nəqliyyat vasitələrinin və ya onların mühərrikinin mənşəyi

İstehsal tarixindən asılı olaraq "Avro-2" standartının tələblərinə uyğunluq

Avropa İttifaqından idxal olunan avtomobillər*

1997 və sonrakı illər

ABŞ və Latın Amerikası ölkələri

1996 və sonrakı illər

Yaponiya

1998 və sonrakı illər

Kanada

2001 və sonrakı illər

Hindistan

2005 və sonrakı illər

Malayziya

2003 və sonrakı illər

Çin

2004 və sonrakı illər

Koreya

2001 və sonrakı illər

Rusiya

2006 və sonrakı illər

Özbəkistan

2007 və sonrakı illər

Ukrayna

2006 və sonrakı illər

MDB-nin digər ölkələri

2006 və sonrakı illər

Türkiyə

2001 və sonrakı illər

İran

2009 və sonrakı illər

Avropa İttifaqına daxil olan ölkələr: Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İtaliya, İrlandiya, İsveç, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, Bolqarıstan və Rumıniya.

Xəbər lenti

Xəbər lenti