...

Azərbaycanda gömrük qanunvericiliyinin qəbulu beynəlxalq standartların tələblərinə cavab verməsi üçün tezləşdirilməlidir – SPECA-nın hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 15:13 (UTC +04:00)

Azərbayacn, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda gömrük qanunvericiliyinin beynəlxalq standartların tələblərinə cavab verməsi üçün prosesi tezləşdirmək tövsiyə edilir. Bu barədə Bakıda cümə axşamı təqdimatı keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün "Azərbaycanda ticarətdə istehlakın və insan inkişafının qiymətləndirilməsi" Xüsusi Proqramının hesabatında deyilir.

"Yeni gömrük məcəlləsinin qəbulunun və onun icraçılıq mexanizminin sürətləndirilməsi ticari münasibətlərin hüquqi əsaslarını da gücləndirməyə imkan verəcək", - hesabatda qeyd olunub.

Hesabatda qeyd edilir ki, yeni gömrük məcəlləsi qanunvericiliyi Avropa İttifaqının, beynəlxalq norma və standartlarına uyğunlaşdırılmalı, o cümlədən, ticari məhdudiyyətlərin azaldılması və təhlükəsizliyin təmini məqsədilə hazırlanıb.

Bundan başqa, məruzədə idxal gömrük rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçidlə bağlı tövsiyələr də verilib. DGK-nin Nazirlər Kabinetinə təqdim etdiyi Azərbaycana idxal edilən məhsulların gömrük rüsumlarının azaldılması üzrə siyahının qəbul edilməsi prosesinin tezləşdirilməsi də məqsədyönlü hesab edilir.

Ötən 5 ay ərzində ölkənin mal dövriyyəsi 10,6 milyard dollar təşkil edib. Bu müddətdə Azərbaycan 126 ölkə ilə ticarət sövdələşməsinə girib və xarici ticarətin xalis gəliri 5,8 milyard dollar olub. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, ölkənin mal dövriyyəsinin həcmi 53,5 fazi, ixrac 78 faiz, idxal 4,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti