...

Azərbaycanda qanunsuz tikililərin sökülməsi məsələsi əvvəlki kimi aktualdır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2010 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda qanunsuz tikililərin sökülməsi məsələsi əvvəlki kimi aktualdır. Ola bilsin ki, biz Rusiyanın təcrübəsini tətbiq edə bilək. Orada əhaliyə son dərəcə əlverişli qiymətlərlə satılan "ehtiyat mənzillər" adlanan tikililər haqqında məsələ həllolunma mərhələsindədir. Bu sözləri bazar ertəsi "Böyük Bakının regional inkişafı" layihəsinin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı bildirib.

"Bu məsələdə dövlətin iştirakı vacibdir, çünki "ehtiyat mənzillər" azad olunmuş torpaqlar müqabilində yaşamaq üçün praktiki olaraq hazır olan rahat və müasir mənzillərdir", - Eldarlı bildirib.

Onun sözlərinə görə, dünyada bu cür praktika mövcuddur. Dövlət 3000-5000 mənzillik yeni qəsəbələr, məhəllələr və massivlər tikməlidir və vətəndaşlara pul deyil, abad mənzillər təqdim etməlidir.

"Təcrübə göstərir ki, kompensasiya ödənilməsi ilə problem həll olunmur. Belə olan halda azad olunmuş ərazilərin mənimsənilməsi də daha savadlı və ən əsası mərkəzləşdirilmiş olacaq", - ekspert belə hesab edir.

Xəbər lenti

Xəbər lenti