...

Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında Anlaşma Memorandumunu təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 02:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında Anlaşma Memorandumunu təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İqtisadi İnkişaf Nazirliyinə Memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyinə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Almaniya Federativ Respublikası tərəfini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti