...

Azərbaycanda antiinhisar xidməti dondurma istehsalçısına maliyyə sanksiyası tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 15:26 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehsalçısı - "SABA" MMC-yə qarşı 6,7 min manat həcmində sanksiya qəbul edib, - çərşənbə günü nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycanda antiinhisar xidməti dondurma istehsalçısına maliyyə sanksiyası tətbiq edib

Аzərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehsalçısı - "SABA" MMC-yə qarşı 6,7 min manat həcmində sanksiya qəbul edib, - çərşənbə günü nazirlikdən verilən məlumatda deyilir.

Antiinhisar qanunvericiliyi tələblərini pozduğuna görə, bu şirkətə qarşı iş açılıb. "SABA" şirkəti "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozaraq müştəriləri aldadıb.

Keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənəd tələblərinə uyğun gəlmədiyinə görə, bu günlərdə antimonopoliya siyasəti şirkətə 6,6 ton həcmində "Eskimo", "Maksima", "XXI əsr", "Prestige", "Saturn", "Merkuriy","Domino" və "Lunnie nochi" dondurmalarını məhv etmək barədə göstəriş verib.

Bununla əlaqədar olaraq, "SABA" şirkətinin anbarında saxlanılan, satışı dayandırılan, saxlama müddəti düzgün göstərilməyən 6,6 ton dondurma məhv edilib.

Xəbər lenti

Xəbər lenti