...

Gürcüstan bayrağı altında üzən gəmi Liviya limanlarının birində həbs olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 12:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyul /Trend, müxbir N.Kirsxaliya/

Liviya limanlarının birində Gürcüstan bayrağı altında üzən "Vasilius" gəmisi saxlanılıb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, gəmidə on bir dənizçi var, onların arasında dörd Gürcüstan, eləcə də Azərbaycan və Ukrayna vətəndaşları da var.

Gəmi Liberiyaya sement göndərən yunan biznesmenə məxsusdur. Lakin dənizçilərin sözlərinə görə, onlar fırtınaya düşüblər və yükün bir hissəsi korlanıb. Yükü qəbul edən Livan firmasının tələbi ilə dənizçilər və gəmi həbs olunub.

Gürcüstan XİN-in bəyan etdiyinə görə, sementi göndərən İtaliya firması artıq Liviya şirkətinə kompensasiya ödəyib və "indi yalnız texniki prosedur məsələləri qalıb".

"Tezliklə ekipajın bütün üzvləri və gəmi azad olunacaq", - XİN-dən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, bu insidentin nizamlanmasına Gürcüstanın üç ölkədəki səfirliyi qoşulub.

Xəbər lenti

Xəbər lenti