...

Azərbaycanda 18 ton keyfiyyətsiz dondurma məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 20:29 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AER" şirkətinin istehsal etdiyi 18 ton dondurma müəyyən olunmuş qaydada məhv edilib.
Azərbaycanda 18 ton keyfiyyətsiz dondurma məhv edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AER" şirkətinin istehsal etdiyi 18 ton dondurma müəyyən olunmuş qaydada məhv edilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

"AER" şirkətinə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 13,5 ton və qüvvədə olan normativ sənədlərə görə yararlılıq müddəti bitmiş 1,3 ton dondurmanın Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsi, həmçinin etiketində saxlama müddəti normativ sənədlərdə müəyyən olunmuş müddətlərdən artıq göstərilmiş 3,2 ton dondurmanın isə yenidən markalanması barədə icrası məcburi olan göstəriş verilib", - məlumatda deyilir.

"AER" şirkətinin yenidən markalanmanın texniki cəhətdən mümkünsüzlüyü barədə Dövlət Xidmətinə müraciəti nəzərə alınıb, Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə müvafiq tədbirlər görülməsi ilə bağlı icrası məcburi göstəriş verilmiş 18 ton dondurma qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti