...

Azərbaycanın Əmək Nazirliyi və Elmlər Akademiyası əmək bazarının öyrənilməsi və qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması üzrə memorandum imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və tədqiqat institutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu arasında əmək bazarının öyrənilməsi və qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması üzrə memorandum imzalanacağı gözlənilir. Bu barədə bazar ertəsi nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, bu adıçəkilən fəaliyyəti tam şəkildə, dəqiq və yüksək səviyyədə aparmağa imkan verəcək.

"Həyata keçirilməsinə artıq başlanan Dünya Bankının (DB) Azərbaycanda sosial müdafiənin inkişafı üzrə layihəsi çərçivəsində komponentlərdən biri əmək bazarının analizinin keçirilməsindən ibarətdir. Həyata keçirilən layihənin bütün komponentləri üzrə artıq müvafiq işlər görülür ki, bu da ilin sonunadək ilkin nəticələri əldə etməyə imkan verəcək", - Bədəlbəyli qeyd edib.

DB və Azərbaycan hökuməti arasında sosial müdafiənin müdafiəsi üzrə 54,6 milyon dollar məbləğində kredit sazişinin imzalanması 2008-ci ilin noyabrında baş tutub. DB layihənin maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri əsasında 26,7 milyon dollar verib.

Layihəyə dörd komponent daxildir: əmək bazarı sisteminin tam modernləşdirilməsi, o cümlədən əmək qanunvericiliyinin və əmək müdafiəsi sisteminin, məşğulluq idarəsi xidmətinin işinin təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya və layihənin tənzimlənməsi sisteminin modernləşdirilməsi.

Layihə çərçivəsində peşəkar tədris sisteminin tam insitusional inkişafı və modernləşdirilməsi, Avropa praktikası əsasında peşəkar mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Nazirlik yanında peşəkar tədris mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Layihə beş il üçün hesablanıb.

Dünya Bankı sosial sektorda artıq bir layihəni maliyyələşdirib. 2005-ci ildən etibarən "Pensiya islahatları və sosial təminat" layihəsi həyata keçirilir. Bunun üçün bank tərəfindən 10 milyon dollar ayrılıb.

Xəbər lenti

Xəbər lenti