...

Çinin Azərbaycana ixracı yanvar-may aylarında təqribən 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 20:00 (UTC +04:00)
2010-cu ilin may ayında Çin Azərbaycana 82,601 milyon dollar məbləğində mal ixrac edib.
Çinin Azərbaycana ixracı yanvar-may aylarında təqribən 50 faiz artıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

2010-cu ilin may ayında Çin Azərbaycana 82,601 milyon dollar məbləğində mal ixrac edib. Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, Çin mallarının Azərbaycana ixracı yanvar-may ayları ərzində 298,757 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,5 faiz artıb.

May ayı ərzində Azərbaycandan Çinə 1,039 milyon dollar məbləğində mal idxal edilib. Beş ay ərzində bu göstərici 41,8 faiz azalaraq 7,228 milyon dollar təşkil edib.

Mayda Çin və Azərbaycan arasında ümumi mal dövriyyəsi 83,64 milyon dollar təşkil edib. Yanvar-may aylarında ixrac-idxal əməliyyatları 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz artaraq 305,985 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti