...

2011-ci ildə "Four Seasons Baku" hoteli istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2010 17:28 (UTC +04:00)
XIX əsr Fransa arxitekturası stilində tikilən "Four Seasons Baku" hoteli 2011-ci ildə istismara veriləcək.
2011-ci ildə "Four Seasons Baku" hoteli istismara veriləcək

Azərbaycan, Bakı, 3 avqust/Trend, müxbir Ü.İsmayılova/

XIX əsr Fransa arxitekturası stilində tikilən "Four Seasons Baku" hoteli 2011-ci ildə istismara veriləcək. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Əmlak bazarı" jurnalında dərc edilən məlumatda qeyd olunub.

"Böyük Britaniyanın "ReardonSmith" şirkətinin layihəsi əsasında tikilən hotel Bakıda Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan tərəfdən layihənin sifarişçisi "Pasha Group Holding" şirkətidir", - məlumatda vurğulanıb.

Hotelin interyeri və dizaynı "Richmond International", konstruksiyanın strukturu isə "Ural Engineering" şirkətləri tərəfindən hazırlanıb. Mexaniki-mühəndis işlərinin icraçısı qismində "MMM" şirkəti çıxış edir.

Hoteldə 175 lüks nömrə olacaq. Onun ümumi sahəsi, hər bir lüks nömrənin sahəsi 52 kvadratmetr olmaqla, 42 min kvadratmetr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti