...

Azərbaycanda sərinləşdirici içki istehsalçılarının rəqabətində haqsız rəqabət faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 14:07 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonunda yerləşən "Aysu Qida Sənayesi LTD" MMC-də aparılan yoxlama zamanı haqsız rəqabət faktları aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda sərinləşdirici içki istehsalçılarının rəqabətində haqsız rəqabət faktları aşkar edilib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonunda yerləşən "Aysu Qida Sənayesi LTD" MMC-də aparılan yoxlama zamanı haqsız rəqabət faktları aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək, laborator müayinəyə göndərilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş "Aysu" əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən edilmişdir. Belə ki, müəssisədə istehsal edilmiş "Aysu" əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, "Aysu" əmtəə nişanlı kvasın, "Frutta" adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində, həmin məhsulların şəkərəvəzedicisi ilə hazırlandığı müəyyən edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Aysu Qida Sənaye LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti