...

Azərbaycan və DB yol layihəsi üzrə kredit sazişi imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2010 13:18 (UTC +04:00)
Çərşənbə günü Bakıda Dünya Bankı (DB) və Azərbaycanın Nəqliyyat Nazirliyi arasında Bakı-Şamaxı-Muğan ikizolaqlı və dördzolaqlı (üçüncü magistral avtomobil yolu) avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalanıb. Bank bu layihənin maliyyələşdirilməsinə 241,6 milyon dollar həcmində kredit ayırıb. Bu barədə Trend-in müxbiri imzalanma mərasimindən məlumat verib.
Azərbaycan və DB yol layihəsi üzrə kredit sazişi imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir E.İsmayılov/

Çərşənbə günü Bakıda Dünya Bankı (DB) və Azərbaycanın Nəqliyyat Nazirliyi arasında Bakı-Şamaxı-Muğan ikizolaqlı və dördzolaqlı (üçüncü magistral avtomobil yolu) avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalanıb. Bank bu layihənin maliyyələşdirilməsinə 241,6 milyon dollar həcmində kredit ayırıb. Bu barədə Trend-in müxbiri imzalanma mərasimindən məlumat verib.

Azərbaycan tərəfdən sazişi nəqliyyat naziri Ziya Məmmədov, DB tərəfdən isə ölkə üzrə yeni menecer Cozef Ouen imzalayıb. Bu saziş 2010-cu ilin avqustunda bu vəzifəyə təyin ediləndən bəri Ouenin imzaladığı ilk sazişdir.

Bankın bu layihənin maliyyələşdirməsinə ayırdığı kredit resurslarından 70 milyon dollar 2010-cu il maliyyə ilində Azərbaycan üçün Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA DB qrupuna daxildir) kvotaları hesabına güzəştli şərtlərlə nəzərdə tutulub, 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılacaq. Layihənin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir. Maliyyələşmənin yerdə qalan digər hissəsi, müvafiq olaraq, layihədə dövlətin iştirak payı sayəsində həyata keçiriləcək.

BİA-nın xətti ilə kredit resursları 10 illik güzəştli dövr olmaqla 20 illliyə, BYİB isə ödənişdən dördillik möhlətlə 17 illiyə ayrılıb.

Bakı-Şamaxı-Muğan yolunun uzunluğu 122 kilometr təşkil edir ki, onun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində tikiləcək, yerdə qalan hissə isə artıq tikilib.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq ərzində ölkəyə 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard həcmində kredit ayrılıb. 2008-ci ildə bank tərəfindən 13 layihənin maliyyələşdirilməsinə 1,251 milyard dollar yönəldilib. Strategiyanın son iki ilində (2009-10-cu illər) DB ölkəyə bir milyard dollardan çox vəsait ayırmağa hazır olduğunu bildirib. Bu vəsait artıq kommersiya şərtləri ilə - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə verilməli idi. Lakin bank indiyədək Azərbaycanı paralel olaraq güzəştli şərtlərlə maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti