Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi dəyişilməz qalıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8038 manat səviyyəsində müəyyən edilib.
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,004 bənd ucuzlaşıb (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80372 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
9 avqust |
0,8034 |
16 avqust |
0,8038 |
10 avqust |
0,8035 |
17 avqust |
0,8038 |
11 avqust |
0,8035 |
18 avqust |
0,8038 |
12 avqust |
0,8037 |
19 avqust |
0,8038 |
13 avqust |
0,8037 |
20 avqust |
0,8038 |
Həftə ərzində orta |
0,80356 |
Həftə ərzində orta |
0,8038 |
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 16-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8038 AZN/USD səviyyəsində saxlanılıb. Avqustun 17-də 0,8035 AZN/USD məzənnə ilə $6,8 mln, avqustun 18-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8035AZN/USD səviyyəsində saxlanılıb. Avqustun 19-da 0,8039 AZN/USD məzənnə ilə $2,929 milyon olub; avqustun 20-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8039 AZN/USD səviyyəsində saxlanılıb.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
9 avqust |
0,8024 |
16 avqust |
0,8038 |
10 avqust |
0,8024 |
17 avqust |
0,8035 |
11 avqust |
0,8036 |
18 avqust |
0,8035 |
12 avqust |
0,8036 |
19 avqust |
0,8039 |
13 avqust |
0,8038 |
20 avqust |
0,8039 |
Həftə ərzində orta |
0,80316 |
Həftə ərzində orta |
0,80372 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.