Аzərbaycan, Bakı, 27 avqust /Trend/
"Parabank" Azərbaycanın plastik kartlar bazarında "Əmək haqqı kartları" adlı xüsusi layihə təqdim edir, - bu barədə bankın məlumatında deyilir.
Əmək haqqı layihəsi çərçivəsində "Parabank" "Visa Elektron" kartı təqdim edir. Əmək haqqı kartı müəssisə işçilərinin adına açılan və xüsusi kart hesabına bağlı olan plastik kartdır. İşçiyə çatacaq əmək haqqı, mükafatlar, məzuniyyət, ezamiyyət ödənişləri və digər bu kimi ödəmələr müəssisə tərəfindən bu karta köçürülür. Əmək haqqı layihəsində iştirak etməklə, müəssisə nağd pul ilə bağlı bir çox problemlərdən azad olur. Əmək haqqı layihəsinin müəssisə üçün üstünlükləri ondan ibarətdir ki, müəssisənin işçiləri iş vaxtından daha səmərəli istifadə edirlər; belə ki, bir qism əməkdaşlar əmək haqqını işdən sonra, iş vaxtını sərf etmədən istənilən yerdə ala bilirlər; digərləri isə nağd pul saymaq və verməkdən azad olunurlar. Əmək haqqı kartı əldə edəcək işçilər bu plastik kartlara məxsus əlavə üstünlüklərdən də istifadə edə biləcəklər. Müəssisənin işçiləri əmək haqlarını, mükafatlarını və müəssisə tərəfindən kart hesabına köçürülən s. odəmələri günün istənilən saatında, ilin 365 günündə, dünyanın hər hansı ölkəsində ala bilərlər. "Parabank" gecə-gündüz işləyən geniş bankomatlar şəbəkəsinə malikdir. Bundan başqa, kart sahibləri Bankın istənilən şöbəsində nağd vəsait ala bilərlər. Üstəlik, bu plastik kartlara sahib olmaqla müəssisə işçiləri, "Azerikard" şəbəkəsi daxilində olan digər yerli bankların 1 200-dən artıq bankomatından heç bir komissiya ödəmədən və faiz tutulmadan nağd pul əldə edə bilərlər.