...

Azərbaycanda çörəyin qiymətinin süni yolla artırılması halları aşkar olunmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 19:35 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörək və ununqiymətinin süni yolla artırılması halları aşkar olunmayıb.
Azərbaycanda çörəyin qiymətinin süni yolla artırılması halları aşkar olunmayıb

Аzərbaycan, Bakı, 27 avqsut /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörək və ununqiymətinin süni yolla artırılması halları aşkar olunmayıb. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlərin nəticələrinə əsasən, ölkədə çörək və un qıtlığı, bu məhsulların pərakəndə satış qiymətlərinin artırılması, həmçinin, çörəyin çəkisinin azaldılması faktı qeydə alınmayıb.

Bununla yanaşı, böyük taxıl istehsalçıları və Dövlət Taxıl Fondunun məlumatlarına əsasən, ölkədə kifayət qədər taxıl və ərzaq buğdası ehtiyatı var. Həmçinin, bağlanmış müqavilələr çərçivəsində ölkəyə buğda idxalı davam edir.

Monitorinqlər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti