...

Azərbaycan Mərkəzi Bankı əhalinin bank xidmətlərinə çıxışı imkanlarını genişləndirməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 19:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin bank xidmətlərindən və maliyyə vasitəçilərinin funksiyasından istifadəsinin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan Mərkəzi Bankı əhalinin bank xidmətlərinə çıxışı imkanlarını genişləndirməkdə davam edir

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin bank xidmətlərindən və maliyyə vasitəçilərinin funksiyasından istifadəsinin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu barədə bankdan bildiriblər.

AMB bu istiqamətdə filial şəbəkəsinin genişləndirilməsinə dəstək göstərməkdə davam edir. Beləliklə, cari ilin yeddi ayı ərzində ölkədə 17 bank filialı açılıb, onların 7-si ölkənin regionlarında yerləşir.

Bundan başqa, "Azərpoçt"un 17 poçt filialının və 81 şöbəsinin fəaliyyəti lisenziyalaşdırılıb.

"Bütün bu proseslər əhalinin maliyyə vəsaitlərinə və bank xidmətlərinə çıxışı imkanlarını genişləndirir, banklar tərəfindən kreditləşmənin həcmini artırır və ölkə iqtisadiyyatında bank sisteminin rolunu gücləndirir", - AMB-dən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti