...

Gürcüstan və İran buğda tədarükü məsələsini müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 17:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli və İranın bu ölkədəki səfiri Məcid Sabir Tbilisidə İran buğdasının Gürcüstana idxalı məsələsini müzakirə ediblər. Görüşdə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Gürcüstan ölkəyə buğdanın idxalının 90 faizini təşkil edən Rusiya ixracatını dayandırdıqdan sonra yeni idxal bazarları axtarır.

Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən cümə axşamı verilən məlumata görə, tərəflər həmçinin kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq planlarını müzakirə ediblər. İstixanaların tikilməsi, meyvələrin ixracı, heyvandarlığın inkişafı, ət istehsalı, həmçinin, ət kombinatlarının tikilməsi kimi məsələlər müzakirə olunub.

Gürcüstanda səfərdə olan İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri dövlət strukturları ilə yanaşı, özəl sektorun nümayəndələri ilə də görüşürlər.

Son zamanlar İran Gürcüstanda heyvandarlıq sahəsi ilə maraqlanır. Bu il İrana 14 min qoyun ixrac olunub.

Xəbər lenti

Xəbər lenti