...

Koreya nümayəndə heyəti Azərbaycanda iqtisadi vəziyyətlə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2010 17:42 (UTC +04:00)
Sentyabrın 6-da Koreyanın Azərbaycanda səfərdə olan "Central Officials Training Institute"nun nümayəndələri "Overseas Policy Training" proqramı çərçivəsində ölkənin İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar.
Koreya nümayəndə heyəti Azərbaycanda iqtisadi vəziyyətlə tanış olub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 6-da Koreyanın Azərbaycanda səfərdə olan "Central Officials Training Institute"nun nümayəndələri "Overseas Policy Training" proqramı çərçivəsində ölkənin İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar. Bu barədə çərşənbə günü nazirlikdən verilən məlumatda deyilir.

İnstitutun direktor müavini Fəxri Həsənov nümayəndə heyətinin üzvlərinə ölkədə aparılan sosial-iqtisadi siyasət, ölkənin iqtisadiyyatı, inkişaf perspektivləri və investisiya imkanları ilə bağlı məlumat verib.

Nümayəndə heyətinin üzvləri həmçinin Azərbaycanın iqtisadi inkişafının mərhələləri, ölkənin xarici dövlətlərlə qarşılıqlı əlaqələri barədə məlumatlarla tanış olublar.

Xəbər lenti

Xəbər lenti