...

Azərbaycanda keyfiyyətsiz duzun satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2010 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Bununla əlaqədar, istehsalat sahəsində duz istehsalı və satışı dayandırılıb.

Aparılmış yoxlama zamanı duz istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, istehsal edilmiş 1,4 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, mənşəyi bəlli olmayan 23 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, istehsalat sahəsində duz istehsalı və satışının dayandırılması barədə sahibkar Taleh Quliyevə icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti