...

Gürcüstan ikinci rübü 8,4 faizlik iqtisadi artımla tamamlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 18:27 (UTC +04:00)
2010-cu ilin ikinci rübü 8,4 faizlik iqtisadi artımla tamamlanıb. Bunu çərşənbə axşamı Gürcüstanın hökumət iclasında Baş nazir Nika Qilauri deyib.
Gürcüstan ikinci rübü 8,4 faizlik iqtisadi artımla tamamlayıb

Gürcüstan, Tbilisi, 21 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

2010-cu ilin ikinci rübü 8,4 faizlik iqtisadi artımla tamamlanıb. Bunu çərşənbə axşamı Gürcüstanın hökumət iclasında Baş nazir Nika Qilauri deyib.

Onun sözlərinə görə, Gürcüstan Statistika İdarəsi ikinci rübün iqtisadi araşdırmalarını tamamlayıb, nəticələrdən isə razıdır.

Baş nazirin sözlərinə görə, bu nəinki regionda, eləcə də dünya miqyasında yaxşı göstəricidir.

"Altı ay ərzində iqtisadi artım 6,5 faiz təşkil edib ki, bu da ÜDM artımının yaxşı göstəricilərindən biridir", - hökumət rəhbəri bildirib.

Onun sözlərinə görə, ixracat və beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələr üzrə xarici gəlirlərdə ciddi artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti