...

Azərbaycanda 255 kq saxlama müddəti ötmüş məhsullar aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 18:38 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlakçı bazarında 255 kq-dan çox istifadə müddəti ötmüş məhsullar satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 255 kq saxlama müddəti ötmüş məhsullar aşkar edilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlakçı bazarında 255 kq-dan çox istifadə müddəti ötmüş məhsullar satışdan çıxarılaraq məhv edilib. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Xətai, Nizami, Abşeron, Səbail rayonları, Şəmkir, Goranboy rayonları, Quba və Ağcabədi şəhərlərində aparılıb.

Mağazalarda saxlama müddəti ötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti