Türkmənistan, Aşqabad, 25 sentyabr /Trend, H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin tərkibində bir sıra kadr dəyişiklikləri həyata keçirib.
Beqenç Geldiyev ölkənin dəmiryol nəqliyyatı nazirinin iqtisadi məsələlər üzrə müavini təyin olunub.
Digər fərmanla Murat Orazmamedov Nazirlər Kabineti yanında Milli Hidrometeorologiya Komitəsinin sədr müavini vəzifəsini tutub.