...

Azərbaycanda qarabaşaq istehsalında artım fermerlərin marağından asılıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2010 14:21 (UTC +04:00)
Azərbaycanda fermerlər tərəfindən marağın artacağı halda, qarabaşaq da daxil olmaqla, paxlalı-dənli bitkilərin istehsalı arta bilər. Bu barədə çərşənbə günü Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Azərbaycanda qarabaşaq istehsalında artım fermerlərin marağından asılıdır - nazir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda fermerlər tərəfindən marağın artacağı halda, qarabaşaq da daxil olmaqla, paxlalı-dənli bitkilərin istehsalı arta bilər. Bu barədə çərşənbə günü Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Əlbəttə, əgər bizim fermerlər bu sahədə istehsala maraq göstərsələr, onda həcm artırılacaq. Bu gün torpaqlar özəldir, bunlar fermerlərin torpaqlarıdır, heç kim onlara [şərt] diqtə edə bilməz, yalnız tövsiyə etmək olar", - nazir deyib.

Azərbaycanın daxili bazarında qarabaşağın çəki ilə kiloqramı 0,7-0,8 manat idi. Lakin bu gün onu 2,5-3 manata almaq olar.

Qarabaşağın qiymətində kəskin sıçrayış onun becərildiyi ölkələrdə məhsulun böyük hissəsini məhv edən qeyri-adi isti hava şəraiti və yanğınlarla əlaqədardır.

Xəbər lenti

Xəbər lenti