...

Bakıda yeni bənövşəyi taksilər işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 18:09 (UTC +04:00)
Oktyabrda Bakıya "London Taxi TX 4" markalı bənövşəyi taksilər gətiriləcək.
Bakıda yeni bənövşəyi taksilər işləyəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabrda Bakıya "London Taxi TX 4" markalı bənövşəyi taksilər gətiriləcək. Bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

"Yeni avtomobillər partiyalarla gətiriləcək. Tezliklə Bakıda taksi kimi istifadə olunacaq avtomobillərin bir partiyası gətiriləcək", - Həsənov deyib.

Onun sözlərinə görə, Bakıya cəmi üç min belə avtomobilin gətirilməsi planlaşdırılır. Maşınların sayı kifayət etməsə, paytaxtın tələbatını ödəmək üçün digər markalı xarici maşınlar da cəlb oluna bilər.

Həsənovun sözlərinə görə, Sumqayıt şəhəri üçün açıq bej rəngli taksilər seçilib.

Bakı və Azərbaycanın regionlarının taksi tələbatını ödəmək üçün əsasən "Daewoo Nexia" və "Lecetti" markalı 7-8 min avtomobilin gətirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti