...

Üçüncü rübdə Azərbaycandan uzaq xarici ölkələrə ixracın 98 faizindən çoxu neft məhsullarının payına düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2010 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir A.Axundov/

2010-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə (MDB ölkələri istisna olmaqla) 3,12 milyard dollar həcmində mal idxal edib ki, bu da ölkə idxalının ümumi həcminin 68,67 faizini təşkil edir. Bu barədə şənbə günü Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Uzaq xarici ölkələrdən Azərbaycana avadanlıq və mexaniki qurğular (ümumi idxalın 22,92 faizi), quru nəqliyyat vasitələri (9,88 faiz), elektrik maşınları və avadanlıqları, onların hissələri (8,93 faizi), qara metaldan məmulatlar (8,53 faiz) və digər məhsullar gətirilib.

Göstərilən dövrdə Azərbaycandan uzaq xarici ölkələrə 14,25 milyard dollar məbləğində (ölkədə ixracın 90,95 faizi) mal ixrac olunub.

Əsasən mineral yanacaqlar, neft məhsulları, bitum mineralları (ümumi ixracın 98,03 faizi), qara metallar (0,41 faiz), təbii və süni yetişdirilmiş mirvari, qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar, eləcə də bahalı metallarla cilalanmış adi metallar, onlardan hazırlanmış məmulatlar, bijüteriyalar, sikkələr (0,4 faiz), polimer materiallar və onlardan hazırlanmış məmulatlar (0,26 faiz), şəkər və qənandı məmulatları (0,14 faiz) ixrac olunub.

Uzaq xarici ölkələrlə idxal-ixrac əməliyyatları zamanı 11,13 milyard dollar məbləğində müsbət saldo yaranıb.

Xəbər lenti

Xəbər lenti