...

Azərbaycan bankı "Kapital Bank" öz İnternet-saytını yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 13:50 (UTC +04:00)
"Kapital Bank" öz İnternet-saytını yeniləyib. Saytın məlumat bazasının genişləndirilməsi istifadəçilərinə daha böyük imkanlar yaradır. Belə ki, indi interaktiv kartın üzərində lazım olan yaşayış məntəqəsini seçməklə respublika üzrə filialların, bankomatların və POS-terminalların hansı ünvanda yerləşdiyini öyrənmək mümkündür.
Azərbaycan bankı "Kapital Bank" öz İnternet-saytını yeniləyib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Kapital Bank" öz İnternet-saytını yeniləyib. Saytın məlumat bazasının genişləndirilməsi istifadəçilərinə daha böyük imkanlar yaradır. Belə ki, indi interaktiv kartın üzərində lazım olan yaşayış məntəqəsini seçməklə respublika üzrə filialların, bankomatların və POS-terminalların hansı ünvanda yerləşdiyini öyrənmək mümkündür.

"Kapital Bank"ın plastik kart istifadəçiləri və yeni kart əldə etmək arzulayan müştərilər bank kartlarını internet vasitəsilə sifariş edərək, sadəcə, kartı götürmək üçün istənilən filiala (filialı özləri seçə bilərlər) gəlirlər.

"Kapital Bank"ın əsas üstünlüyü bankın respublika üzrə ən geniş filial şəbəkəsinə malik olmasıdır. "Kapital Bank" müştərilərin rahatlığını və fəaliyyətinin şəffaflığını daim ön planda saxlayır. Növbəti xidmət artıq bank müştərilərinin işini yüngülləşdirəcək - elektron kalkulyator vasitəsilə onlar əmanətlərinə yığılan faizləri özləri hesablaya biləcəklər.

Bankın müştəriləri evdən və ya ofisdən çıxmadan kommunal ödəmələrini "GoldenPay" sistemində on-line rejimdə həyata keçirə bilərlər. Bütövlükdə mobil operator, internet-provayder, kabel televiziyası, stasionar telefon, sığorta və digər xidmətlərin ödəmələrini "İnternet Banking"in köməyi ilə etmək mümkündür. Beləliklə, "Kapital Bank"ın İnternet-saytı yenilənib, ünvan isə dəyişməyib: www.kapitalbank.az

Xəbər lenti

Xəbər lenti