...

"Young&Rubicam" reklam agentliyi Azərbaycanda nümayəndəliyini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 17:39 (UTC +04:00)
Bu gün "Young&Rubicam" reklam agentliyi ADVERT agentliyi ilə tərəfdaşlıqda Azərbaycanda şirkət nümayəndəliyinin filialının açılmasını rəsmən elan edib.
"Young&Rubicam" reklam agentliyi Azərbaycanda nümayəndəliyini açıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Ə.Yusifzadə/

Bu gün "Young&Rubicam" reklam agentliyi ADVERT agentliyi ilə tərəfdaşlıqda Azərbaycanda şirkət nümayəndəliyinin filialının açılmasını rəsmən elan edib.

"Şirkətin dövriyyəsi bir milyard dollar təşkil edir. Əminik ki, ən yaxşı hesab etdiyimiz "Young&Rubicam" və "Banner" reklam agentliyinin birgə səyləri Azərbaycanda reklam biznesinin tərkib hissəsi olan kreativliyin inkişafı üçün başlanğıc ola bilər", - "Young&Rubicam Advertising"in icraçı direktoru Xamiş Maklenan Trend Beynəlxalq İnformasiya Agentliyində keçirilən mətbuat konfransında deyib.

Maklenanın sözlərinə görə, əməkdaşlıq müştərilərin uğurunun rəhni olmalıdır. "Young&Rubicam" agentliyi inkişafla bağlı uğurlu təcrübəyə malikdir və bu, 25 il bundan əvvəl Çində fəaliyyətə başlayan ilk Qərb şirkətidir.

"Qloballaşan dünyada şirkətimizin fəaliyyət istiqamətlərindən biri də Azərbaycan müştəriləri üçün Çin bazarındakı mallarla tanış olmaq imkanı yaratmaqdır", - Maklenan qeyd edib.

"Şirkət 20 ildir Rusiya bazarında uğurla iştirak edir və biz Qafqazda əməkdaşlığımızın uğur qazanacağına əminik", - Rusiyadakı şirkətlər qrupunun prezidenti Yuri Paşin bildirib.

ADVERT şirkəti "Banner" reklam agentliyinin bazasında yaradılıb. O, sonradan şirkətlər qrupuna çevrilib və 2006-cı ildə Azərbaycanın reklam bazarında müstəqil fəaliyyətə başlayıb.

"Young&Rubicam Brands" ilə saziş imzalandıqdan sonra agentlik Cənubi Qafqazda "Young&Rubicam"ın və WWP-nin digər kreativ strukturlarını rəsmən təmsil edir.

"Young&Rubicam" agentliyi 1923-cü ildə Reymond Rubikam tərəfindən yaradılıb və dünyada kreativçinin yaratdığı ilk reklam agentliyi olub. Hazırda o, kreativ qərarların hazırlanmasında, istehlakçıların və marketinq kommunikasiyalarının araşdırmalarının aparılması sahəsində dünyanın aparıcı reklam-informasiya agentliklərindən biridir. Agentliyin 98 ölkədə 195 ofisi var. "Young&Rubicam Brands" dünyanın böyük reklam kommunikasiya holdinqi "WPP Group"un tərkibinə daxildir və holdinqin böyük agentliyidir. Agentlikdə 15 mindən çox işçi çalışır.

Xəbər lenti

Xəbər lenti