...

Azərbaycanın sığorta şirkətlərinin "TOP-10"unda dəyişiklik baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi 2010-cu ilin yanvar-sentyabr aylarında sığorta şirkətlərinin fəaliyyətinin yekununu açıqlayıb. Sığorta haqlarının ümumi həcminin 78,72 faizi və ümumi ödəmələrin 79,49 faizi bu şirkətlərin payına düşür.

Azərbaycanda cəmi 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Sığorta

şirkəti

2010-cu ilin yanvar-sentyabr ayları üzrə haqlar (milyon manatla)

2010-cu ilin yanvar-sentyabr ayları üzrə ödəmələr (milyon manatla)

2009-cu ilin yanvar-sentyabr ayları üzrə haqlar (milyon manatla)

2009-cu ilin yanvar-sentyabr ayları üzrə ödəmələr (milyon manatla)

Azərsığorta

17,48

7,81

19,64

9,91

AzSığorta

11,65

0,92

8

3,18

Azalsığorta

11,16

0,41

12,71

0,006

PAŞA Sığorta

10,81

1,74

8,25

1,38

Atəşgah Sığorta

10,09

3,88

10,09

3,04

Beynəlxalq Sığorta Şirkəti

7,89

3,84

10,06

3,13

Standard Insurance

6,68

1,52

6,17

2,74

MBASK Sığorta

6,12

2,63

5,29

4,78

Xalq Sığorta

5,50

1,32

23

0,91

A-Group Sığorta

5,48

4,38

5,68

3,51

Cəmi

92,86

28,45

108,89

32,59

Sentyabrda ilk üçlüyün liderlərində dəyişiklik baş verib. Belə ki, "AzSığorta" ay ərzində sığorta haqlarının həcminin 22,8 faiz artırması nəticəsində bir pillə qalxaraq "Azalsığorta"nı əvəz edib. Bu müddət ərzində "Azalsığorta"nın sığorta haqlarının yığımı 2,2 faiz artıb.

Son bir ay ərzində "PAŞA Sığorta" SŞ altıncı pillədən dördüncü pilləyə qalxıb. Şirkət son ayda sığorta yığımlarının həcmini 50 faizdən çox və ya 3,73 milyon manatadək (yanvar-sentyabrda "PAŞA Sığorta" 7,08 milyon manat toplayıb) artırıb.

"Atəşgah Sığorta" və "Beynəlxalq Sığorta" şirkətləri müvafiq olaraq dördüncü pillədən beşə və beşdən altıya düşüblər.

"Xalq Sığorta" sonuncu pillədən doqquza qalxaraq "A-Group Sığorta" şirkətini onuncu pilləyə salıb.

2010-cu ilin yanvar-sentyabr aylarında aparıcı sığorta şirkətlərinin birinci onluğunda yığımların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16,03 milyon manat və ya 14,72 faiz azalıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının ümumi həcmi 9,38 faiz (2009-cu ilin yanvar-avqustunda sığorta haqları 130,18 milyon manat səviyyəsində olub), ödəmələr isə 6,35 faiz (38,22 milyon manat) azalıb.

Azərbaycan Maliyyə Nazirliyinin yanvar-sentyabr ayları üzrə hesabatında yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyətinin yekunları göstərilməyib.

Oktyabrın 22-də rəsmi məzənnə 0,8012 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti