...

Azərbaycanın xaricdə ilk Milli Sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 20:32 (UTC +04:00)
Noyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Milli Sərgisi keçiriləcək. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanın xaricdə ilk Milli Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Noyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Milli Sərgisi keçiriləcək. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Sərgi Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrnda Özbəkistana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçısı arasında əldə olunmuş razılaşmaya əsasən keçiriləcək", - məlumatda deyilir.

Sərgi 4550 kvadratmetr sahəni əhatə edəcək. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmilərinin və 160-dan çox müəssisə və təşkilatın iştirakı nəzərdə tutulur.

"Bu, Azərbaycanın xaricdə ilk Milli Sərgisi olacaq", - məlumatda vurğulanıb.

Sərgidə ölkəmizin sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunacaq.

Azərbaycan mənşəli məhsulların Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti