...

Azərbaycan ÜTT-yə daxil olmaq üçün qanunvericiliyi təkmilləşdirir – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2010 16:03 (UTC +04:00)
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq planları çərçivəsində öz qanunvericiliyini təkmilləşdirir. Son vaxtlar ölkədə bununla bağlı 20-dək qanun və normativ akt qəbul edilib. Bu barədə jurnalistlərə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Azərbaycan ÜTT-yə daxil olmaq üçün qanunvericiliyi təkmilləşdirir – nazir müavini

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq planları çərçivəsində öz qanunvericiliyini təkmilləşdirir. Son vaxtlar ölkədə bununla bağlı 20-dək qanun və normativ akt qəbul edilib. Bu barədə jurnalistlərə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

"Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir", - ÜTT-yə daxil olmaq üzrə danışıqlar qrupunun rəhbəri Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ÜTT-yə daxil olmaq çərçivəsində ABŞ, İsveçrə, Norveç, Yaponiya, eləcə də Aİ ölkələri də daxil olmaqla, 10 ölkə ilə danışıqlar aparır.

"Azərbaycanın ÜTT sıralarına məhz hansı [inkişaf etməkdə olan və ya inkişaf etmiş] statusda daxil olması bizim üçün vacibdir və bu məsələdə razılığa gəlməmişik", - Məmmədquliyev bildirib.

ÜTT yanında Azərbaycan üzrə işçi qrup 1997-ci il iyulun 16-da yaradılıb. 1997-ci ildən Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi qismində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti