...

Azərbaycan Çexiyanın enerji resurslarına olan tələbatının 25 faizini ödəyir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2010 20:07 (UTC +04:00)
Azərbaycan Çexiyanın enerji resurslarına olan tələbatının 25 faizini ödəyir. Bu barədə cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.
Azərbaycan Çexiyanın enerji resurslarına olan tələbatının 25 faizini ödəyir - nazir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Çexiyanın enerji resurslarına olan tələbatının 25 faizini ödəyir. Bu barədə cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

"Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub, o vaxtdan Azərbaycan və Çexiya arasında mal dövriyyəsi hər il artır və bu günə bir milyard dolları ötür", - nazir qeyd edib.

Çexiya bankları tərəfindən Azərbaycana verilən kreditlərin ümumi həcmi 700 milyon dollar təşkil edir.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula Azərbaycan-Çexiya münasibətlərinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib və bu əməkdaşlığın gələcək inkişafına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti