...

İstanbul hava limanına təcili eniş edən AZAL təyyarəsi Bakıya qayıdıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2010 11:45 (UTC +04:00)
İstanbul - Bakı marşrutu üzrə hərəkət edən və dünən axşam Atatürk beynəlxalq hava limanına təcili eniş edən "Boeing 757 200" markalı təyyarə bu gün səhər 05:25-də (İstanbul vaxtı ilə) təkrar Azərbaycanın paytaxtı Bakıya uçub.
İstanbul hava limanına təcili eniş edən AZAL təyyarəsi Bakıya qayıdıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A.Yusifzadə/

İstanbul - Bakı marşrutu üzrə hərəkət edən və dünən axşam Atatürk beynəlxalq hava limanına təcili eniş edən "Boeing 757 200" markalı təyyarə bu gün səhər 05:25-də (İstanbul vaxtı ilə) təkrar Azərbaycanın paytaxtı Bakıya uçub. Bu barədə şənbə günü Trend-ə telefonla Atatürk beynəlxalq hava limanından məlumat veriblər. Reysin nömrəsi J2-078-dir.

Hava limanının nümayəndəsinin verdiyi məlumata görə, təyyarə texniki səbəblərə görə təcili eniş etməyə məcbur olub.

"Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarədə 221 sərnişin olub.

"Uçuş normal keçib", - hava limanının nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti