...

Azərbaycan Nəqliyyat Nazirliyi GUAM-ın nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 16:34 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi 2010-cu ilin 13-14 dekabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın nəqliyyat üzrə işçi qrupunun növbəti 6-cı iclasında iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi GUAM-ın nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi 2010-cu ilin 13-14 dekabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın nəqliyyat üzrə işçi qrupunun növbəti 6-cı iclasında iştirak edəcək. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Nəqliyyat Nazirliyini nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin əməkdaşı Azər Əliyev təmsil edəcək.

İclasda "GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası"nın müzakirəsi və qəbul edilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti