...

Azərbaycanda iqtisadi artım ölkə vətəndaşlarının seçim imkanlarını genişləndirən əsas vasitələrdən biri olub - Ramiz Mehdiyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 15:19 (UTC +04:00)
Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım ölkə vətəndaşlarının seçim imkanı və potensialını artırmağa imkan verən əsas vasitələrdən biri olub. Bu barədə cümə axşamı Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının təqdimatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Azərbaycanda iqtisadi artım ölkə vətəndaşlarının seçim imkanlarını genişləndirən əsas vasitələrdən biri olub - Ramiz Mehdiyev

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir А.Axundov/

Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım ölkə vətəndaşlarının seçim imkanı və potensialını artırmağa imkan verən əsas vasitələrdən biri olub. Bu barədə cümə axşamı Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının təqdimatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

"ÜDM-in inkişaf tempi böhran dövrünə qədər 30 faiz dairəsində dəyişib. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. 2008-ci ildə dünya böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli iqtisadi siyasəti ölkəni böhranın mənfi təsirindən qoruyub",- Mehdiyev deyib.

Onun sözlərinə görə, 2008-ci ildə ölkədə ÜDM 10,8 faiz artaraq 40 milyard dollar təşkil edib.

"2009-cu ildə ÜDM-in inkişaf tempi 9,3 faiz təşkil edib. 2010-cu ilin birinci yarısında inflyasiya 2009-cu ilin analoji dövrü ilə müqayisədə 4,9 faiz təşkil edib, əhalinin maddi gəliri 11 faiz artıb. Bu, iqtisadi fəaliyyətin canlanmasının ölkədə maliyyə vəsaitlərinin artmasına səbəb olduğundan xəbər verir", - Mehdiyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar, strateji valyuta ehtiyatları  28 milyard dollar təşkil edir. "Neft hasilatından gələn gəlirlər şəffaf fəaliyyətinə görə BMT-nin xüsusi mükafatını alan Dövlət Neft Fondunda toplanır", - Mehdiyev qeyd edib.

İqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində sosial ədalətin bərpasına xüsusi diqqət yetirilir.

"Bu, ilk növədə bərabər imkanlar və şəraitin yaradılması ilə ifadə olunur. Bu planda Azərbaycana xüsusi öhdəliklər verilib", - Mehdiyev deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının möhkəmlənməsi bir tərəfdən işsizlik problemini həll etməyə kömək edib, digər tərəfdən yoxsulluq səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Ölkədə yoxsulluq səviyyəsi 2005-ci ildəki 29,3 faizdən 2009-cu ildə 11 faizə enib.

"Yüksək iqtisadi inkişaf tempinə uyğun olaraq yeni işçi qüvvəsinə tələbat yaranıb. Son illər 900 min yeni iş yeri açılıb, onlardan 600 mini daimi iş yerləridir", - Mehdiyev bildirib.

Ölkədə qəbul olunan biznes mühitinin mövcudluğu bazar iqtisadiyyatının əsasını təşkil edən orta sinfin formalaşmasını təmin edib. Prezident Administrasiyasının rəhbəri belə hesab edir.

"Bu, dövlətin sahibkarlıq fəaliyyətinə dəstəyinə əsaslanır", - Mehdiyev deyib.

Xəbər lenti

Xəbər lenti