...

Oktyabrda Azərbaycanda vergi qanunvericiliyinin pozulması üzrə 1897 fakt aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2010 18:24 (UTC +04:00)
Vergilər Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində cari ilin oktyabr ayında 1897 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib.
Oktyabrda Azərbaycanda vergi qanunvericiliyinin pozulması üzrə 1897 fakt aşkar edilib

Аzərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir N.İsmayılova/

Vergilər Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində cari ilin oktyabr ayında 1897 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu zaman 1247 vergiödəyicidə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 104 vergiödəyicidə valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 434 vergiödəyici aşkar edilib, 434 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 138 vergiödəyicidə 173 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 77 vergiödəyicinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 75 vergiödəyicidə 4 223,6 manat dəyərində 1493 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Noyabrın 8-nə olan rəsmi məzənnə 0,7999 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti