...

Pul köçürmələri əməliyyatları aparan 50 müştəri "Unibank"dan mobil telefonlar qazandılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Noyabrın 10-da "Unibank"da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçən "QƏŞŞŞŞƏNG" lotereya kampaniyasının 2-ci tirajı keçirilib. Bu barədə cümə axşamı bankın məlumatında deyilir.

"Mobitel" şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada sentyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri "Nokia Supernova 7210" mobil telefonları qazanıblar. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar. Onların tam siyahısı "Unibank"ın rəsmi saytında (www.unibank.az) və "ZAMAN-Azəri" qəzetinin bu gün çıxan nömrəsində açıqlanacaq.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə, ötən ayın yekunlarına görə bankın 5409 müştərisi "QƏŞŞŞŞƏNG" kampaniyasına qoşularaq lotereyada iştirak üçün şans qazanıb.

300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. "Unibank" tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şanslarını da artırır. "QƏŞŞŞŞƏNG" kampaniyası çərçivəsində "Unibankla pul köçürün və ya alın, Mobitel zəmanətli Nokia Supernova telefonları qazanın!!" tirajlı stimullaşdırıcı lotereyanın növbəti tirajı dekabrın 10-da bankın baş ofisində keçiriləcək.

Hazırda "Unibank" səkkiz pul köçürmələri sistemi - "Western Union", "Faster", "Xpress Money", "Bıstraya Poçta", "Coinstar", "BLİZKO", "Zolotaya Korona", "Contact" ilə işləyir.

Xəbər lenti

Xəbər lenti