...

Duman Bakı Beynəlxalq hava limanının işinə təsir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2010 09:51 (UTC +04:00)
Bakıda son iki gündə müşahidə olunan sıx duman Heydər Əliyev adına Beynəlxalq hava limanının işinə qismən təsir edib.
Duman Bakı Beynəlxalq hava limanının işinə təsir edib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir R.Daraxşan/

Bakıda son iki gündə müşahidə olunan sıx duman Heydər Əliyev adına Beynəlxalq hava limanının işinə qismən təsir edib.

AZAL ("Azərbaycan Hava Yolları") QSC-dən Trend-ə bildirildiyi kimi, duman səbəbindən, xüsusilə də Naxçıvan Muxtar Respublikasından bazar ertəsi yerli vaxtla saat 20:50-yə planlaşdırılan reys yubanır.

Bundan başqa, hazırda Aşqabaddan (bazar ertəsi, saat 21:15), Moskva - "Şeremetyevo" (00:40), Aktau (04:00) və Tbilisidən (04:50) gəlməli olan, Bakıdan isə Urumçiyə (bazar ertəsi, saat 22:45), Moskva ("Şeremetyevo", 06:45) və Aktauya (00:30) yola düşməli olan reyslər yubanır.

Xəbər lenti

Xəbər lenti