...

Azərbaycan bankı "Express Bank" kapitallaşmanın növbəti mərhələsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2010 17:18 (UTC +04:00)
Noyabrın 19-dan Bakı Fond Birjasında (BFB) "Express Bank"ın ümumi məbləği 10 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Azərbaycan bankı "Express Bank" kapitallaşmanın növbəti mərhələsinə başlayır

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Noyabrın 19-dan Bakı Fond Birjasında (BFB) "Express Bank"ın ümumi məbləği 10 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq. Bu barədə birjanın cümə axşamı yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 208 manat olan 48 077 səhm buraxılacaq. Anderrayter qismində "Unicapital" ASC çıxış edəcək.

İyulda "Express Bank" artıq ümumi məbləği 15 milyon manat olan səhm emissiyasını qeydiyyatdan keçirib. Bu o deməkdir ki, 2010-cu il ərzində bankın nizamnamə kapitalı 25 milyon manata qədər artırılıb. Elan olunan emissiyanın yerləşdirilməsindən sonra bankın kapitalı 50 milyon manata çatdırılacaq.

Keçən il bank öz nizamnamə kapitalını 25 milyon manata çatdırıb. Bu il bu göstəricinin 35 milyon manat artırılması planlaşdırılır. Bu barədə əvvəlcə Ekspress Bank-ın idarə heyətinin sədri Emin Məmmədov bildirmişdi.

Onun sözlərinə görə, bankın əsas məqsədi sürətli və keyfiyyətli xidmət göstərməkdir, bunu da struktur öz müştərilərinə verməyi planlaşdırır. Həmçinin Express Bank düşünür ki, pərakəndə xidmətlər sahəsində bazarın liderləri olan əsas banklarla rəqabətə girsin.

Əvvəllər adı Azərnəqliyyatbank olan Express Bank 1989-cu ildə ticarət bankı kimi təsis edilib. Bank 2005-ci ildə açıq səhmdar cəmiyyətinə çevrilib.

Noyabrın 18-nə olan rəsmi məzənnə 0,8002 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti