...

Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 13:23 (UTC +04:00)
Türkiyənin "Ekodenge" şirkəti Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanmasına kömək edəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Xarici investisiyaların və yardımın əlaqələndirilməsi şöbəsinin direktoru Sahil Babayev bu strategiyanın hazırlanması üzrə təqdimat seminarında bildirib.
Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Axundov/

Türkiyənin "Ekodenge" şirkəti Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanmasına kömək edəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Xarici investisiyaların və yardımın əlaqələndirilməsi şöbəsinin direktoru Sahil Babayev bu strategiyanın hazırlanması üzrə təqdimat seminarında bildirib.

"İİN ölkədə bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi üzrə müqavilələrin imzalanma məsləhətçiləri müəyyən edib. Türkiyənin "Ekodenge" şirkətinin nümayəndələri müvafiq strukturlarla görüşlər keçirir və araşdırma aparırlar. Strategiya iki il ərzində hazırlanacaq və sonradan İİN və Azərbaycan hökumətinə təqdim ediləcək", - Babayev bildirib.

Bununla yanaşı, "Ekodenge" şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiq, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.

Yunanıstanın "Harress Pikel Consult AG" şirkəti Balaxanı poliqonu da daxil olmaqla bərk tullantılar üçün poliqonların bərpası və ya ləğvinə dair məsləhətlər təqdim edəcək ki, bunu nəticəsində Bakı ərazisində bərk tullantıların idarəçiliyi sistemi təkmilləşdiriləcək və onların ətraf mühitə təsirinin azaldılması təmin olunacaq. Bərk tullantılar üçün poliqonların bərpası və ya ləğvi prosesinin qiymətləndirilməsi üçün Azərbaycanın ASER şirkəti seçilib.

Çərşənbə günü Bakıda bərk məişət tullantılarının idarəçiliyinin inkişaf strategiyasının hazırlanması üzrə təqdimat seminarı keçirilib. Tədbirdə dövlət strukturlarının, "Təmiz Şəhər" ASC-nin, yerli icra hakimiyyətləri orqanlarının və bələdiyyələrin, QHT-lərin nümayəndələri iştirak ediblər. Seminar iştirakçılarına "Ekodenge" şirkəti tərəfindən bərk məişət tullantılarının idarəçiliyinin inkişaf strategiyasının hazırlanması metodologiyası təqdim olunub, institusional struktur, tullantıların toplanması və utilizasiyası, tullantıların emalı və yerləşdirilməsi, maliyyə dayanıqlığı və ictimai maarifləndirmə mövzularında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti