...

Azərbaycan Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ANS şirkətində yoxlamaların aparılmasına aydınlıq gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov ANS şirkətində yoxlamaların aparılmasına aydınlıq gətirib.

- Vergilər Nazirliyinin ANS şirkətlər qrupunda yoxlamalar apardığı barədə məlumatlar yayılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Cari ilin noyabr ayının 13-dən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti "ANS Kommers" və "ANS Press" şirkətlərində 2007-ci ilin oktyabrından 2010-cu ilin sentyabr ayına qədər, ANS Müstəqil Yayım və Media Şirkətində isə 2007-ci ilin noyabrından 2010-cu ilin oktyabrınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasına başlayıb. Qeyd edim ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi Vergilər Nazirliyinin funksiyalarından biridir və bu yoxlama Vergi Məcəlləsinin müvafiq maddələri əsasında vergi orqanının qərarı ilə aparılır.

- Yoxlamanın keçirilməsinə səbəb nədir?

- Adıçəkilən şirkətlərin vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə ziddiyyətli məlumatlar müəyyən edildiyindən Vergilər Nazirliyində vergi auditi məqsədilə tətbiq olunan risk modelləri əsasında kənarlaşma ehtimalı aşkar edilmişdir.

Bu səbəbdən adıçəkilən şirkətlərdə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.

- Bu şirkətlərdə yoxlamanın eyni vaxtda başlanmasının səbəbi nədir?

- Bu şirkətlər qarşılıqlı surətdə asılı təşkilatlar olduğundan, vergi orqanının qərarına əsasən, adıçəkilən qurumlarda yoxlamaların eyni vaxtda başlanması barədə qərar qəbul olunmuşdur.

Xəbər lenti

Xəbər lenti