Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Sumqayıt və Tbilisi şəhərləri iqtisadiyyat sahəsində əməkdaşlıq edəcəklər. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.
Şəhərlərin iqtisadi münasibətlərinin genişləndirilməsi şəhər İcra Hakimiyyətinin nümayəndə heyətinin Gürcüstana səfəri zamanı Tbilisi meriyasının İqtisadi İnkişaf Agentliyinin rəhbəri Z.Arçuadze ilə görüşdə müzakirə olunub", - məlumatda deyilir.
Görüş zamanı şəhərlər arasında iqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Arçuadze 2011-ci ilin mayında Tbilisidə keçiriləcək Yerli İqtisadi İnkişaf Forumunda iştirakı da təklif edib.
Forumda Sumqayıt şəhərinin müəssisələri öz təqdimatlarını keçirmək imkanı əldə edəcəklər, eləcə də öz məhsullarının sərgisini təşkil edə biləcəklər.
"Görüş zamanı yerli sahibkarlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb", - məlumatda vurğulanıb.