...

Bakıda Özbəkistanın milli sərgisi öz işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 20:09 (UTC +04:00)
Dekabrın 3-dən 5-dək "Baku Expo Center"də Özbəkistanın milli sərgisi keçiriləcək.
Bakıda Özbəkistanın milli sərgisi öz işinə başlayır

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Dekabrın 3-dən 5-dək "Baku Expo Center"də Özbəkistanın milli sərgisi keçiriləcək. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yayılan məlumatında deyilir.

Sərgidə Özbəkistanın iqtisadiyyatının müxtəlif sahələrinin nailiyyətlərini, tarixi və mədəni irsini, ölkənin xalq yaradıcılığını əks etdirən stendlər nümayiş olunacaq. Özbəkistan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən mal və xidmətlər təqdim ediləcək.

Sərgi çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır.

2010-cu il noyabrın 5-8-də Daşkənddə Azərbaycanın ilk Milli sərgisi keçirilib.

Paytaxt sakinləri və şəhərin qonaqları Özbəkistanın milli sərgisi ilə dekabrın 3-də saat 12:00-dan 17:00-dək, dekabrın 4-5-də isə saat 10:00-dan 17:00-dək tanış ola bilərlər. Sərgi ilə tanış olmaq istəyənlərin ixtiyarına "Nərimanov" metrostansiyasından "Baku Expo Center" istiqamətində pulsuz hərəkət edəcək avtobuslar veriləcək.

Xəbər lenti

Xəbər lenti