...

Azərbaycan Mərkəzi Bankı oktyabrda pul kütləsinin artdığını bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrda pul kütləsinin (M2) 2,2 faiz, 2009-cu ilin oktyabr ayı ilə müqayisədə isə 35,7 faiz artdığını bəyan edib. Bu barədə şənbə günü AMB-nin məlumatında bildirilir.

Belə ki, oktyabrın sonuna olan vəziyyətə görə, M2 göstəricisi 7314,5 milyon manat təşkil edib, sentyabrın sonunda bu rəqəm 7156,1 milyon manat, 2009-cu il noyabrın 1-də isə 5388,5 milyon manat olub.

Oktyabrın sonuna olan vəziyyətə görə, nağd pul kütləsi (M0) 4942,6 milyon manat təşkil edib. Sentyabrın sonunda bu rəqəm 4897,4 milyon manat, 2009-cu il noyabrın 1-də isə 3670,3 milyon manat təşkil edib.

Genişlənmiş pul kütləsi (Broad Money Supply - M3) oktyabrın sonunda 9619,9 milyon manat, sentyabrın sonunda 9390 milyon manat, 2009-cu il noyabrın 1-də isə 7675,6 milyon manat təşkil edib.

Oktyabr ayının yekun nəticələrinə əsasən, sövdələşmələr üçün məbləğlər (transaction money (M1) 5999,9 milyon manat, sentyabrın sonunda 5901,7 milyon manat, 2009-cu il noyabrın 1-də isə 4539 milyon manat təşkil edib.

Dekabrın 2-nə olan rəsmi məzənnə 0,8 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti