...

Azərbaycanda 42,7 ton keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 19:58 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Qayğı" kiçik müəssisəsində aparılmış yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar olunub.
Azərbaycanda 42,7 ton keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Qayğı" kiçik müəssisəsində aparılmış yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar olunub. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Müəyyən edilmiş pozuntularla bağlı, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, etiketlərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatlar verilmədiyi üçün 40,7 ton polietilen torbanın satışının dayandırılması barədə "EL-Plastik" MMC-yə və 2 ton polietilen torbanın satışının dayandırılması barədə "Qayğı" kiçik müəssisəsinə icrası məcburi göstərişlər verilib.

Bununla yanaşı, satışı dayandırılmış polietilen torbalardan 28 nümunə götürülüb və bu nümunələrdən seçmə üsulla 7-si laborator müayinəyə göndərili. Laborator müayinələr nəticəsində "Qayğı" kiçik müəssisəsindən götürülmüş nümunələrdən birinin, "EL-Plastik" MMC-dən götürülmüş nümunələrdən ikisinin tərkibində bromlaşdırıcı maddələrin miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilib. Bununla əlaqədar, həmin müəssisələrdə istehsal edilmiş polietilen torbalardan götürülmüş digər nümunələr də laborator müayinəyə göndərilib.

Xəbər lenti

Xəbər lenti