...

Noyabrda Azərbaycanda inflyasiya 1,8 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2010 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr/Trend, müxbir N.İsmayılova/

Noyabrda istehlak mallarının qiyməti və xidmət tarifləri 2010-cu ilin oktyabr ayı ilə müqayisədə 1,8 faiz artıb. Bu barədə şənbə günü Dövlət Statistika Komitəsiin məlumatında deyilir.

Keçən ay ərzaq məhsullarından düyünün, buğda ununun, manna və qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, narın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.

Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən təzə balığın, limonun, portağal və naringinin, almanın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınmışdır.

Noyabrda qeyri-ərzaq mallarından payız geyiminin və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından yağlı və sulu boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar lövhələrin, kərpicin, sementin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin, məişət avadanlıqlarının qiymətləri bahalaşıb.

Noyabr ayında pambıq, ipək və trikotin parçaların, qadın üçün yay yubkasının, donun, qısaqol köynəklərin, inşaat materiallarından nitro boyaların, ağac lifli lövhələrin, vannaların, laminat parketin, soyuducuların, paltaryuyan maşınların qiymətləri ucuzlaşıb.

Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti